AYNA məmurların əmr quluna çevrilib - ən yaramaz qurumun əməlləri açıqlandı...

Bu gün, 11:33           
AYNA məmurların əmr quluna çevrilib - ən yaramaz qurumun əməlləri açıqlandı...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi son illərin ən yaramaz qurumlarından biridir. Adı yerüstü olsa da, işi yeraltı məsələlərə aid bir strukturun tezliklə ləğv ediləcək qurumlar sırasında görəcəyimizə təəccüblənmərik. Çünki nəqliyyat sahəsi ilə bağlı yaradılan əksər strukturlar ləğv prosesini yaşayıb, bu da onların özünü doğrulda bilməməsi və kütləvi narazılıqların olmasından irəli gəlib. Zamanında Ziya Məmmədovun Nəqliyyat Nazirliyi də, Bakı Nəqliyyat Agentliyi çox qanun pozuntularına yol verərək gözdən düşmüşdü. İndisə bir neçə qurum var, halbuki bir struktur kifayətdir. Əgər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi varsa, BNA, AYNA kimi qurumlara nə hacət var? Belə təşkilatlar büdcə üçün izafi xərc, yüzlərlə işçi yükü, əhaliyə isə əlavə problem deməkdir. Ona görə ki cərimə yazmaq və pul yığmaqdan başqa funksiyaları yoxdur. Son illərdə AYNA-nın hara gəldi bir parkinq lövhəsi vurmaqdan və avtobus zolağı çəkməkdən başqa işini xatırlayan varmı? Eləcə də BNA-nən dayanma-durma cəriməsi göndərməkdən başqa hansı yaxşı əməli var? Yəni faktiki hər iki struktur cərimələmək və vətəndaşın həyatını zəhərə döndərmək üzərində qurulub. Bakının xaosa çevrilən yollarının intellektə idarə olunması, nəqliyyat sistemində layihələr həyata keçirilməsi yoxdur, ancaü bildikləri budur ki, avtobus zolağı çəksinlər, bir də hər tin başında parkinq lövhəsi qursunlar. Vətəndaşın rahatlığını fikirləşmək yoxdur. Baxın Çinə, 2 milyard əhalisi olan ölkənin yollarında hərəkət necə tənzimlənir... Bizdə isə gündən-günə şəhərin tıxacı artır, AYNA hər hansı bir ideya ilə çıxış etmir, ancaq cərimələməyi bilir. O baxımdan, yuxarıda qeyd etdiyimiz kimi heç nə ilə yadda qalmayan belə qurumların gec-tez ləğv olunması qaçılmazdır.
Ümumiyyətlə, AYNA son günlərdə iki əcaib hərəkəti ilə də diqqəti cəlb edib: biri Nardaran adını lövhədən çıxarıb "See breaze" göstərməsi ilə, sonra onlara kimsə bu səhvi başa saldı və dəyişməli oldular, ikincisi isə Bakıxanov qəsəbəsində Sabunçunun icra başçısı Adil Vəliyevin oğlunun əmrini yerinə yetirməklə; görün, AYNA necə absurd qurumdur ki, özünə hörmət qoymur və məmur övladının tapşırığı ilə oturub-durur. Görəsən, qurumun sədri Anar Rzayev rəhbərlik etdiyi təşkilatın, kollektivin reputasiyası haqda heç fikirləşirmi? Gərək nə qədər özünü gözdən salasan ki, hansısa başçı oğlunun göstərişi əsasında addım atasan. Söhbət başçının oğlu, "Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərlinin (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirməsindən gedir. Bu azmış kimi, AYNA təsdiq edir ki, müraciət əsasında bu addım atılıb və guya hərəkətin nizamlanması məqsədi daşıyır. Halbuki sakinlərin avtomobil saxlamasına qadağa qoyulub. Məsələ bunda deyil, ola bilsin ki, hansısa problem var imiş. Sadəcə, bir məmur oğlu tapşırıq verir və dərhal AYNA yerinə yetirir. Bəlkə də sadə camaat müraciət etsəydi, heç baxılmazdı. Göründüyü kimi, AYNA yalnız belə-belə əməlləri ilə gündəmə gəlməyi bacarır. Şəhərin isə "n" problemi var və bu qurum onları həll etməyi düşünmür. Deməli, AYNA-ya da bir "quş".
Azər Talıbov

Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.