“Kenquru” və dəstəkçi qurumlar şagirdləri bu yolla soyur

8-04-2025, 09:20           
“Kenquru” və dəstəkçi qurumlar şagirdləri bu yolla soyur
“Kenquru” adlı qurum və onun dəstəkçiləri olan Təhsil Texnologiyaları Mərkəzi, MÜTDA, ARTİ direktorlardan tələb edir ki, filan qədər şagird müsabiqələrə qatılsın.

Tribunainfo.az xəbər verir ki, direktorlar da şagirdləri toplayır, pulu olmayanların yerinə də direktorlar bəzən, məcbur şəkildə öz cibindən pul ödəyir.

“Kenquru”dan bildirirlər ki, çalışın bu qədər uşaq müsabiqəyə qatılsın.

Biletin qiyməti isə 20 manatdır.

Bu soyğunçuluq nəinki şəhər məktəblərində, hətta kənd məktəblərində də həyata keçirilir.

Saytımıza edilən müəllim və valideynlər şikayətlərində bildirib ki, biletin qiyməti çox bahadır, və hər dəfə müsabiqələrdə şagir tələb etmələri düzgün deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru