Ukrayna Temu, Amazon, Aliexpressin hərbi analoqunu yaratdı.
Bu gün, 08:24

Onlayn alış-veriş platformalarda siz ödənişi pulla edirsiniz, burada isə rusiyalıların məhv edilmə videoların müqabilində hərbi avadanlıqlar alırsınız. Necə?
Müasir müharibə, analoqu olmayan yeni üsullar ortaya qoyur, o cümlədən hərbçilərin motivasiya üsullarını.
Politico: Ukrayna Silahlı Qüvvələri, rusları daha çox məhv etmək üçün video oyunlara əsaslanan motivasiya prinsipləri yaradır.
“Dron Ordusu” adlı proqramda əsgərlər, dronlarının Rusiya hədəflərini vurduğunu sübut edən videoları yüklədikləri halda xal qazanırlar. Bu tətbiq vasitəsilə əsgərlər topladıqları xalları, bölmələri üçün yeni texniki avadanlıqlara dəyişə biləcəklər.
Ukraynanın rəqəmsal transformasiya naziri və baş nazirin müavini Mixaylo Fedorov bildirib ki, bu tətbiq hərbçilər üçün bir növ Amazon rolunu oynayacaq. Onlara cəbhə xəttində ehtiyac duyduqları texnologiyaları birbaşa əldə etməyə imkan yaradacaq.
Proqram müxtəlif hərbi hədəflərin məhv edilməsinə görə fərqli sayda xal təqdim edir: tankın zədələnməsinə görə 20 xal, tam məhv edilməsinə görə 40 xal; mobil raket kompleksinin kalibrindən asılı olaraq 50 xala qədər; düşmən əsgərinin öldürülməsinə görə isə 6 xal verilir.
Xal qazanmaq üçün əsgərlər dronla çəkilmiş sübutedici videonu məlumat sisteminə yükləməlidirlər.
Yaxın gələcəkdə bölmələr 2023-cü ildən bəri topladıqları rəqəmsal xalları silah və avadanlıqlara dəyişə biləcəklər. Ukrayna hökuməti sifarişləri maliyyələşdirəcək və bir həftə ərzində dronları cəbhəyə çatdıracaq.
Proqramın əsas məqsədi resursların daha səmərəli və effektiv bölmələrə yönləndirilməsidir.
Düşmən qüvvələrinin məhv edilməsinə görə xal toplamaq imkanı bölmələr arasında rəqabəti artırır. Hazırda Ukrayna dron bölmələrinin təxminən 90%-i bu təşviq sistemində iştirak edir. Bu yanaşma həm də Rusiya hədəflərinin məhv edilməsi ilə bağlı operativ və təsdiqlənmiş məlumatların toplanmasına kömək edir və döyüş əməliyyatları barədə ümumi məlumatlılığı yüksəldir.
Kamran Cəfərov
TEREF