Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?
Bu gün, 08:14

Qroznıya uçan uçağımızın terror qurbanı olmasından 5 ay keçdi. Hələ də bu olaya hüquqi
qiymət verilməyib. Amma bir ara qızğın ittihamlar, “rus casuslarının ifşası” gündəmi zəbt
etmişdi. Rusiya tərəfi də geriyə addım atmaq fikrində deyildi, olayda bizim uçaq heyətini
günahlandırır, narıncı boyanmış “qara qutu”nun danışmasını” saxtalaşdırmağa ümid
edirdi. Azərbaycan xalqının çıxardığı gerçəklik isə acı idi: HAKİM OLASI BAKI DÖVLƏT
UNİVERSİTETİ DİPLOMLU HÜQUQÇU QIZ-GƏLİNLƏRİMİZ, XANIMLARIMIZ ən yaxşı
halda HAVA BƏLƏDÇİSİ, SAXTA DAĞISTAN DİPLOMLU “HÜQUQÇULAR” HAKİM
KÜRSÜSÜNDƏ!
Hələ bəxtimiz onda gətirdi ki, dövlət başçısı olaya etirazını bildirdi, Rusiya tərəfinin üzr
istəməsini tələb etdi. Yoxsa AZAL-a qalsaydı, günahı sərnişinlərin boynuna qoymaq
məharətini göstərəcəkdi! Bu fikrə düşməyimiz boşuna, havadan deyil, başımıza
gələnlərdən qaynaqlanır.

23.07.2024-cü ildə J2 8632 Soçi-Bakı saat 7-00 reysinə gecikmədiyimiz halda Soçidə
reysə buraxılmadıq və bu özbaşınalıq bizə iki min manata başa gəldi. 10 aydır nə AZAL,
nə XİN, Rusiyadakı səfirliyimiz, nə də Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi
Azərbaycan vətəndaşlarının xarici ölkədə hüquqlarının pozulmasına heç bir reaksiya
vermir. Hətta adi sayılan sərnişinlərin siyahısı və kamera görüntülərinin təqdim
olunması barədə sorğular da cavabsızdır. RF prokurorluğuna elektron şikayətlərə
cavab olaraq Soçi aeroportu rəsmi məktubla saat-6-46-da (təkrar şikayətimizdə isə 6-41-
də) minik qapısında olduğumuzu, yəni gecikmədiyimizi bildirdi. RF prokurorluğu da
faktla bağlı cinayət işi qaldırmaqdan imtinanı əsaslandıra bilmədiyindən hər cavabından
yuxarı prokurorluğa şikayət etməkdəyik. Hazırda şikayətimiz RF baş prokurorluğu
instansiyasındadır. RF baş prokurorluğunun idarə rəisi V.Q. Tyulkovun razı olmadığımız
21.01.2025-ci il tarixli cavabından şikayətimizə hələ baxılmayıb. RF Baş prokurorluğu
aşağı prokurorluqların rüşvət, korrupsiya əməllərinə hüquqi qiymət vermək
istəmədiyindən, bizim gecikdiyimizi, bu səbəbdən reysə buraxılmamağımızı, yerlərimizin
isə 1994-cü il Çikaqo Konvensiyasına əsasən RF-dən deport olunan anonim
Azərbaycan vətəndaşına ƏVƏZSİZ (rusca:bezvozmezdno) verildiyini bildirib. Yəni
cinayət faktı göz önündədir, sübuta ehtiyacı yoxdur. Şikayətimiz də elə bu məntiqsiz
cavabla bağlıdır. Axı bizim gecikəcəyimizi (!) AZAL-ın Soçi nümayəndəliyi, Soçi
aeroportu haradan bilirdi ki, yerlərimizi RF-dən deport edilən anonim Azərbaycan
vətəndaşlarına verib ? Baxın, bizim yerlər reysə miniyin tamamlandığı 6-45-dən sonra,
yəni ən tezi 6-46-da satışa çıxarıla, başqasına verilə bilərdi, bu isə mümkün deyil. Ən
başlıcası, biz özümüz , bildirildiyinə görə, 6-46-da minik qapısında olmuşuq. Belə çıxır,
bizim yerimizi 6-46-da başqasına veriblər ki, bəs 1994-cü il Çikaqo Konvensiyası bunu
tələb edir? Təkcə bu faktın özü cinayətkar saxtalığı, Soçi aeroportunun, AZAL-ın Soçi
nümayəndəliyinin rüşvət, korrupsiya əməllərini sübut edir. Biz hələ Soçi aeroportunun
AZAL-a xidmət edən kassirinin rüşvət tələb edib, ala bilməyəndə əlil cütlüyün birinə
31A, o birinə 38 C yerlərinin təhkim edilməsini demirik. RF prokurorluğu bu rüşvət
faktını AZAL nümayəndəliyinin boynuna qoyub, qiymət verməkdən imtina edir.
Beynəlxalq Çikaqo Konvensiyasını özbaşınalığa əsas edənlər bizim hüququmuzun
beynəlxalq Monreal Konvensiyası ilə qorunmasından xəbərsizdirlər, ya da özlərini
savadsızlığa, bilgisizliyə qoyublar.
Azərbaycanın da, Rusiyanın da qoşulduğu 28 may 1999-cu il tarixli Monreal
“Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 19-
cu maddəsinə görə, daşıyıcı sərnişinlərin, baqajın və ya yükün daşınması zamanı
ləngimə nəticəsində baş vermiş zərərə görə məsuliyyət daşıyır. Konvensiyanın 22-ci
maddəsinə görə, ...ləngimə nəticəsində zərər vurulduğu halda daşıyıcının hər bir
sərnişinə münasibətdə məsuliyyəti 4150 xüsusi borcalma hüququnun məbləği ilə
məhdudlaşır. 23-cü maddəyə görə, xüsusi borcalma hüququnun məbləği Beynəlxalq
Valyuta Fondunun öz əməliyyatları və hedablaşmaları üçün tətbiq etdiyi qiymətləndirmə
metoduna uyğun olaraq hesablanır. Beynəlxalq Monreal Konvensiyasının 35-ci
maddəsində məsuliyyət haqqında iddianın hava gəmisinin təyinat yerinə çatdığı
andan etibarən iki il müddətində qaldırılması təsbit olunub.
İddia qaldırılan Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 6 aydır iddiaçı 1-ci dərəcəli
Qarabağ əlilinin heç bir vəsatətinə, ərizəsinə, dövlət hesabına vəkillə təminatı , işin
arbitraj məhkəməsinin həllinə verilməsi barədə müraciətlərinə baxmır. Məhkəmə
faktiki olaraq cavabdeh AZAL-ın vəkili rolunda çıxış edir. AZAL özü özünü RF-nin şirkəti
kimi aparır. Özbaşınalığa baxın, 1-ci dərəcəli Qarabağ əlili 10 aydır cavabdehdən kamera
görüntülərini, sərnişinlərin siyahısını ala bilmir, MPM-in 78.2 maddəsi əsasən
cavabdehdə olan bu sübutların məhkəməyə təqdim edilməsinə ərizə verir, baxılmır,
amma AZAL Moskvadakı nümayəndəliyi vasitəsilə RF prokurorluğunun cavabını
dəyişdirir. (?). Mübahisə reysə gecikmə ilə bağlıdırsa, kamera görüntülərinin,
sərnişinlərin siyahısının məhkəməyə təqdim edilməsi ilə kimin haqlı olmasını müəyyən
etmək su içmək kimi bir şeydir. Aeroportun içindəki kameraların işləmədiyini iddia etmək
ki mümkün deyil. Rusiya tərəfi öz rüşvətxorlarını, korrupsionerlərini elə rüşvət
qarşılığında belə qoruyur, kamera görüntülərinin təqdim olunmasını təmin etmir, hətta
Çikaqo Konvesiyası ilə yerlərimizin deport olunmuş şəxslərə verilməsini, əlilliyimiz
haqqında AZAL-ın xəbər vermədiyini bildirir, bəs özümüzünkü olan AZAL-a, RF-dəki
səfirliyimizə, məhkəmələrimizə nə gəlib? Niyə adicə sərnişin siyahısının, kamera
görüntülərinin üzə çıxmasında maraqlı deyillər? Qoy kamera görüntüsünü ortaya, sübut
et ki, gecikmişik. Yoxsa, RF prokurorluğunun saxta məktublarını daha da saxtalaşdırmaq,
dəyişdirməklə məsuliyyətdən yayınmaq mümkünsüzdür. Ən azı, beynəlxalq Monreal
Konvensiyasının pozulması ilə beynəlxalq məhkəmələr barışmayacaq.
Görəsən,Azərbaycan məhkəmələri, səfirliyi, daşıyıcısı niyə Rusiyanın yanındadır, ünlü
gülməcədə deyildiyi kimi, ona “əmoğluluq” edirlər?
Məğrur Bədəlsoy