Daha bir güləşçimiz erməni rəqibinə uduzdu - Ermənistan yığması Bakıda ilk qızıl medalını qazana bilər

14-06-2015, 17:22           

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. İkinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.

Yunan-Roma güləşi üzrə 66 kq dərəcəsində Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşacaq.

Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0.

Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, bürünc medal uğrunda döyüşəcək. (anspress)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.