“Bu, insan ağlını yerindən oynadan tarixdir və biz bu tarixi öyrənməliyik”

6-04-2018, 19:06           
“Bu, insan ağlını yerindən oynadan tarixdir və biz bu tarixi öyrənməliyik”
Xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında 1920-ci ilin 27 aprel olayları və bu tarixi olayların ciddi şəkildə öyrənilməsinin vacibliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. S.Rüstəmxanlının sözlərinə görə, bu gün baş verən bir çox prosesləri anlamaq baxımından da aprel olaylarının öyrənilməsi zəruridir:

“Tarixin heç bir səhifəsinə biganə yanaşmaq olmaz. Tarixdən ibrət götürmək lazımdır. 27 aprel olayları, ondan əvvəl və sonra baş verən proseslər də öyrənilməlidir. Milli hökumətin necə aldanılması, hansı fikir ayrılıqlarının meydana çıxması, hansı səbəbdən Qızıll Ordunun Azərbaycana buraxılmasına icazə verilməsi, Qızıl Ordunun Azərbaycan sərhədlərini keçənə kimi hansı vədlər verməsi, keçəndən sonra hansı qanlar tökməsi, hansı faciələr törətməsi, qısa müddətdə nə qədər azərbaycanlı öldürməsi və s. kimi məsələr ciddi şəkildə öyrənilməli, təbliğ edilməlidir. Bu, insanın ağlını yerindən oynadan bir tarixdir. Bu, Şərqdə çətin şərtlər altında böyük qəhrəmanlıqla qurulan dövlətin içimizdəki satqınlıqlar səbəbi ilə işğal edilməsi faktıdır. Təslimiyyətlə bağlı imzalanan müqavilələr çarəsizlikdən irəli gəlirdi. Əslində 27 aprel işğal idi. 90-cə llərdə Azərbaycanın yenidən necə müstəqillik qazanması, Rusiyanın hazırda hansı gizli vasitələrlə Rusiyaya, rus dilinə məhəbbət mexanizmini işə salması, içimidəki satqın ruhlu insanları rus dili və mədəniyyətinin təbliğatçısına çevirməsi də araşdırılmalıdır. 27 aprel tarixi bilinmədikcə, bu proses də davam edəcək. O tarix bilinməlidir ki, hər şey öz rəngində görünsün”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.