Formula-1: Prezident və xanımı yarışda

29-04-2018, 18:16           
Formula-1: Prezident və xanımı yarışda
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunacaqlar.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Sürücülərin start düzülüşü bu ardıcıllıqladır: Sebastyan Fettel (“Ferrari”), Lüis Hemilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull”), Kimi Raykkonen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force İndia”), Karlos Sayns (“Renault”), Lens Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Şarl Lekler (“Sauber”), Niko Hülkenberq (“Renault”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandorn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”), Romen Qrojan (“Haas”).

Qeyd edək ki, mövsümün dördüncü Qran Prisində hər birindən iki nəfər olmaqla, 10 komandanın 20 pilotu iştirak edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.