Texniki baxış müddəti bitir - gecikən sürücülər cərimələnəcək VİDEO

30-04-2018, 08:46           

Texniki müayinə mərkəzinin bütün qarajlarının qapısı açıq olsa da, içəridə avtomobil yoxdur.

Publika.az bildirir ki, MDB istehsalı olan minik avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə 1 gün qalıb. Lakin ölkə üzrə cəmi 40 % nəqliyyat vasitəsi yoxlanışdan keçib. Hətta müddət az qaldığından Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən texniki müayinə mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir. Amma istirahət günü olmasına baxamayraq, müayinəyə gələn tapılmır.

Biz də müayinə mərkəzində çəkilişdə olarkən cəmi bir sürücünün, avtomobilini texniki müayinəyə gətirdiyini gördük.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə olunur. Bu cərimə yol polisi tərəfindən hər 10 gündən bir yenidən tətbiq edilə bilər. /xezerxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.