Gəncədə açılan ATƏŞ, ölkədə batan GÜNƏŞ... - Onlar nə istəyirdi?

17-07-2018, 15:59           
Gəncədə açılan ATƏŞ, ölkədə batan GÜNƏŞ... - Onlar nə istəyirdi?
Sükut Gəncədə pozuldu... Əslində səssizlik yox idi. Ara-sıra boylanırdılar... Səslərini eşidirdik. Fars-molla rejimindən qidalanaraq düşmənin marağına işləyənlərin hər zaman marıqda yatdıqlarını yaxşı bilirdik. Gəncədə hamısı bir yerə toplandı. Sayları çox az olsa da, arxalarında qat-qat artıq, saylarından da artıq qüvvələr var idi. Azərbaycanımı sevməyən nə qədər şərəfsiz ünvan varsa, hamısı bir yerdə idi...

Hədəf kimi Elmar Vəliyevi seçdilər. Elə bir təbliğat da qurdular ustalıqla... Guya ki, bu xalq Elmar Vəliyevə nifrət edirdi, ona görə belə hədəf seçiblər... Əslində isə bu da onların hoqqası idi. Hər halda, Elmar Vəliyev hansısa əlahiddə xüsusisyyətiylə digər icra başçılarından fərqlənmir və fərqlənə bilməz də. Sonrakı təbliğat maşını da bunların nəzarətində olduğundan hərəyə arşınına uyğun olaraq informasiya-izahat xırıd etdilər. Hər kəs də öz payını götürdü. Hətta ölkə mediası da bunların toruna düşdü. "Bəli, Elmar Vəliyev pis adam idi, amma belə də olmaz" izahatı bir bəhanəyə çevrildi. Hər şeyi hədəfdən yayındırdı.

Amma Elmar Vəliyev nə pis adam idi, nə də pis məmur. Elmar Vəliyev sadəcə kimlərinsə marağında qurban kimi seçilmişdi. Və sonradan aydın oldu ki, düşmənlərimiz hər şeyi hesablayılb. Hətta vətənpərvərləri belə zərərsizləşdirmək üçün yalançı hədəflər uydurulub. Hər şey planlı getdi.

Meyxanaya qədər qoşdular bu biqeyrətlər...

Hamısı isə İranın mətbəxində hazırlanmışdı. Çorbanın duzu də ruslara aid idi. Başqaları da qorxma-qorxma dedilər...

Zənn etdilər ki, Azərbaycanı söndürəcəklər...

Çünki hər şeyi Gəncədən əvvəl Mingəçevirdən başladılar. Teref.info dia.az-a istinadən yazır ki, oradan ölkənin işıqlarını söndürdülər və millətin əsəblərini tarıma çəkdilər. Əsəbi başda isə ağıl həqiqətən də yox imiş Hamı Etibar Pirverdiyevə qəzəbləndi. Tək bri kişidən başqa... - Yalnız prezident ona "utanmalısan" dedi. Əslində həqiqətən də vəziyyət Etibar Pirverdiyevin utanması halında idi, onun başının kəsilməsi halında yox...

Çünki sonradan aydın oldu ki, Etibar Pirverdiyev də qurbanlıq kimi seçilib. Onların hədəfi belə imiş: Prezident basqılar altında Pirverdiyevi vəzifəsindən uzaqlaşdırır, ardınca da Elmar Vəliyev öldürülür...

Şükür ki, heç biri olmadı. Prezident hər şeyi, artıq bu ibnələrin bütün planlarını yaxşı bilirdi. DÖVLƏTİN BAŞI BELƏ DƏ OLMALIDIR!

Biz heç... Əsəblərimizə uyğun addımlar ata bilərik. Prezident deyilik ki, bütün ölkəyə məsuliyyət daşımırıq ki...

İlham Əliyev isə bizlərdən fəqrini ortaya qoydu: GƏRƏKƏN TƏMKİNİ İLƏ...

Etibar Pirverdiyevin başı kəsilmədi, Elmar Vəliyev də şükür ki sağ qaldı... Sonradan bildik ki, Ağsuda, Yevlaxda yandırılan sahələr də məhz elektrik enerjisinin təkrarən kəsintisinə hesablanıbmış. Tək hesablaya bilmədikləri bunlar idi:

1. BİZ ƏRƏB DEYİLİK!!!

2. BİZİM BAŞINIZDA İLHAM ƏLİYEV DAYANIB!!!

Ciddi faktorlardır. Düşünmüşdülər ki, biz eyforiyaya uyub günün altında, gic başla qərar verib bunlara quyruq olacağıq. Amma düşünmədiləri ki, Azərbaycan xalqı onlardan da qat-qat artıq şərəfsizinin qabağa dşüməkliyini görüb... Amma min şükür ki, SALAMATIQ, VARIQ!!!

Var olacağıq da.

Mingəçevirdən günəşimizi batırmaq istədilər, Gəncədən atdıqları atəş ilə Azərbaycanı savaş zonasına çevirmək istədilər. Yenə də cəhd etməyə malışacaqlar. Yenə də qələt qarışdırmaq istəyəcəklər. Amma alınmayacaq. Çünki bu ölkənin gerçək sahibləri var: AZƏRBAYCAN TÜRKLƏRİ...

Bu millət isə kiməsə dövlətini yedirən deyil. Və bu dövlətə əl uzadanın qanını içməyə hazırdır bu millət!

***

Qardaşlar, bacılar! Azərbaycan ümumi evimizdir. Evimizi necə qoruyuruqsa, vətənimizin də qayğısını o cür çəkməliyik...

Allah Gənəcədə qətlə yetirilən polis şəhidlərimizə rəhmət eləsin...

Heyif ki, mübarək Gəncəmin adını qatdılar bu olaylara şərəfsizlər... Çox heyif...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.