Həbsdəki jurnalistin qardaşı qızı yol qəzasında öldü – FOTO/VİDEO

7-08-2018, 08:51           
Həbsdəki jurnalistin qardaşı qızı yol qəzasında öldü – FOTO/VİDEO
“Jam.az” saytının rəhbəri, həbsdəki jurnalist Fikrət Fərəməzoğluna ağır itki üz verib. AzEuroNews.com xəbər verir ki, jurnalistin qardaşı ailə üzvləri ilə birgə Rusiyada avtomobil qəzasına düşüblər.

Qəza nəticəsində F.Fərəməzoğlunun 26 yaşlı qardaşı qızı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fikrət Fərəməzoğlu
Məlumat üçün qeyd edək ki, Rusiyanın Saratov vilayətinin Volsk rayonunda iki nəfərin ölümü və altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az yerli KİV-ə istinadla xəbər verir ki, “Sızran-Saratov-Volqoqrad” magistralında “Mitsubishi Outlander”, “Hyundai Creta” və “KIA Rio” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində Azərbaycandan olan Cavadovlar (“KIA” markalı avtomobildə hərəkət edirmişlər – red.) və Votskins şəhərindən olan Şaydurovlar ailəsinin üzvləri xəsarət alıblar.

Məlumatlara görə, “KIA”-nın sürücüsü sürət həddini aşaraq “Hyundai”la toqquşub. Bundan sonra birinci avtomobil “Mitsubishi”yə çırpılıb.

Hadisədən sonra “KIA” yol kənarına aşıb. Qəza zamanı bu avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişin dünyasını dəyişib. Xəstəxanaya çatdırılan Cavadovlar ailəsinin 26 yaşlı xanımının da həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısı, beş və səkkiz yaşlı övladları Volsk rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

“KIA” markalı avtomobildəki digər sərnişin – Nataliya Şaydurova yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır. “Mitsubishi” avtomobilinin sürücüsünün sözlərinə görə, “KIA”-nın sürücüsü sükan arxasında yatıb.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.