Nyu-Yorkda zavodda güclü partlayış olub

28-12-2018, 08:53           
Nyu-Yorkda zavodda güclü partlayış olub
Nyu-Yorkda transformator partlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kuins ərazisində, "Consolidated Edison" şirkətinin zavodunda baş verib.

Şəhərin polisi "Twitter"dəki səhifəsində bildirib ki, şəhərdəki göy tüstü dumanı transformatorun partlayışından sonra yaranıb. Hüquq-mühafizə orqanları yanğının nəzarət altında olduğunu, əlavə məlumat veriləcəyini qeyd ediblər. Hələlik zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

NBC teleşirkəti sakinlərin şəhər üzərindəki mavi işığın fotolarını sosial şəbəkələrdə paylaşdıqlarını xəbər verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.