"Onların beyini infantilizmdən əziyyət çəkir" - Partiya sədri

18-05-2024, 09:08           
"Onların beyini infantilizmdən əziyyət çəkir" - Partiya sədri
“Bu gün delimitasiya və demarkasiya prosesləri gedir, amma ermənilər hələ də Şuşa şəhərini öz əraziləri sayırlar. Ona görə də onların ağıllanması çox çətin olacaq. Ermənilərin nə siyasi liderləri, nə də özlərində ağıl olub. Ancaq sürü təfəkkürü ilə yaşayıblar”.
Bunu Bakupost.az -a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O, ermənilərin hələ də Azərbaycana qarşı ərazi iddasında olmasının absurd olduğunu bildirib:
“Bunların beyinləri infantilizmdən əziyyət çəkir. Yəni uşaqlıqdan ayrıla bilmirlər. Çox primitiv düşüncə adamıdırlar. Şuşa və işğaldan azad edilən rayonların hamısı Azərbaycanın əraziləridir və bütün dünya bunu tanıyıb.
18-ci əsrdə Pənahəli xan Şuşa şəhərinin əsasını qoyub və orda erməni əhalisi yaşamayıb. Ermənilər Azərbaycana qarşı siyasi ambisiyalarından geri çəkilmək istəmirlər. 44 günlük Vətən müharibəsindən sonra ermənilərin birinci şəxsi də fikir səsləndirirdi ki, “Azərbaycan otuz il gözləyib torpaqlarını geri qaytardı, biz də elə etməliyik, torpaqlara iddiamızdan geri çəkilməli deyilik”. Onlar növbəti dəfə dünyanı aldatmağa çalışırlar. Dünya isə birmənalı şəkildə bu əraziləri tanıdı. ABŞ səfiri də Şuşaya səfər etdi. Xaricdən gələn nümayəndələr də özlərinə borc bildilər ki, bu torpaqlara getsinlər, bununla həm Azərbaycan xalqına, o torpaqların azadlığı uğrunda şəhid olan insanlara öz hörmətlərini nümayiş etdirsinlər, eyni zamanda ölkəmizin haqlı möqeyinə öz münasibətlərini bildirirlər. Bundan sonra ermənilər nə qədər iddia etsələr də, heç bir nəticə olmayacaq. Ancaq özlərini gülünc vəziyyətinə qoyurlar”.
Qeyd edək ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər edib. Prezidentlərin Şuşa səfərindən hiddətlənən erməni mediası Şuşanın Ermənistanın “şəhəri” olduğunu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru