Nədən işçilərdən tutulan pul hesabına formalaşan HƏMKARLAR Təşkilatının MƏSULİYYƏTƏ cəlb edilməsini tələb etmirik

18-05-2024, 07:18           
Nədən işçilərdən tutulan pul hesabına formalaşan HƏMKARLAR  Təşkilatının MƏSULİYYƏTƏ cəlb edilməsini tələb etmirik
Neftçilərin Hüquqlarını Müdafiə TəşkilatıİB-yi kimi bizdə, işçilərdə, əmək münasibətlərinin digər iştirakçıları da daimi olaraq və əksər hallarda da qanuni və haqlı olaraq işçilərin hüquqları və təminatlarını pozan İşəgötürən və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması barədə tələblər irəli sürürük.
Çox hallarda buna fikir vermirik və ya çox sadə yanaşırıq. Nədən heç vaxt işçilərdən tutulan pul hesabına formalaşan, əmək haqqı alan, əsas vəzifəsi təmsil etdiyi işçilər və ya əmək kollektivini müdafiə etməli olan, öz vəzifəsini yerinə yetirməyən HƏMKARLAR Təşkilatının MƏSULİYYƏTƏ cəlb edilməsini tələb etmirik.
Bəzəndə, onsuzda heç bir xeyri yoxdur, onlar da İşəgötürənin adamıdı, onlar nə desə razı olacaqlar deyib, özünüzə sanki bur təskinlik də veririk. Bunu bildiyimiz halda hər ay 2 faiz də əmək haqqından tutulması barədə könüllü ərizə dı yazırıq.
Fikrimcə, öz vəzifələrini yetinə yetirməyən, işçilərin əmək və sair hüquqlarını qorumayan Həmkarlar ittifaqı təşkilatlarının da: maddi, intizam, inzibati və cinayət məsuliyyətinə cəlb olunma vaxtı da gəlib çatıb. Nəzərə almaq lazımdır ki, Həmkrlar təşkilatları məhz bu əsas və səbəbdən yaradılır. Həm qanun, həm də Nizamnamə və ya Əsasnamə ilə.
Əlbəttə statusda yazdığım iradlar heç də bütün Həmkarlar ittifaqı təşkilatına aid deyil. İnsafən, az da olsa bu sahədə öz vəzifələrini yerinə yetirməyə çalışan təşkilatlar da vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: İşçilərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» AR-nın Qanununda və Əmək Məcəlləsində nəzərdə tutulmuş hal və qaydada müvafiq Həmkarlar ittifaqı təşkilatı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən isə: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.