İrəvan Bakını şərləyir: Mirzoyan yenə “müharibə riski”ndən dəm vurur…

17-05-2024, 18:08           
İrəvan Bakını şərləyir: Mirzoyan yenə “müharibə riski”ndən dəm vurur…
Ermənistan Azərbaycanı xarici təşkilatlar yanında şərləməkdə davam edir. Tribunainfo.az xəbər verir ki, növbəti şərləmə Avropa Şurası Nazirlər Şurasının 133-cü sessiyasında baş tutub.
Belə ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan çıxışında bildurib ki, guya, ölkəsi sülh gündəliyinə “sadiq”dir və Azərbaycandan da anoloji yanaşma gözləyir.
Bundan başqa Mirzoyan yeni müharibə riski barədə də yalanına davam edib. “Biz çətin bir dövrdən keçirik ki, güc tətbiq etməmək normasının pozulması həddi həyacan doğuracaq dərəcədə yüksəkdir”.
Qeyd edək ki, bölgədə sülhü istəməyən, davamlı olaraq müharibə üçün bəhanə axtaran ölkə Ermənistandır. 1988-ci ildən üzü bəri Azərbaycan torpaqlarını işğal edən, sülhdən qaçan da elə Ermənistan olub. Bu gün Bakının yeganə tələbi sərhədlərin müəyyən edilməsi, sülh sazişinin bağlanması və Nazçıvanla nəqliyyat əlaqəsinin təmin olunmasıdır. Ermənistan 4 illik israrlarımızdan sonra nəhayət, sərhədlətin bir hissəsində demarkasiyaya razı olub. Sərhəddin digər hissələrində nə baş verəcəyi hələlik məkum deyil. Bu 4 ildə erməni tərəfi dəfələrlə təxribata əl atıb, sərhəddə toqquşmalara səbəb olub. Naxçıvanla yolun açılmasına isə min bir hiylə ilə mane olub.
Bütün bunların fonunda Mirzoyanın Azərbaycanı müharibəyə hazırlaşması açıqlaması siyasi həyasızlıq, özünü təmizə çıxarmaq cəhdi və Azərbaycanı şərləməkdən başqa bir şey deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.