Qərbin çox səhv siyasəti nəticəsində Kremldən aralanmaq istəyən Lukoşenko, məcburən Rusiyaya sığındı,...

18-05-2024, 10:14           
Qərbin çox səhv siyasəti nəticəsində Kremldən aralanmaq istəyən Lukoşenko, məcburən Rusiyaya sığındı,...
2020-ci ildə Kreml Lukaşenkoya dərs vermək, yerini göstərmək üçün seçkidən sonra camaatı ayağa qaldırdı (2020-ci ildə, seçkidən 4 ay öncə Lukaşenkonun Ukraynalı jurnalist Qordona verdiyi müsahibəyə mütləq baxın - Putini yıxıb-sürümüşdü), Qərbin çox səhv siyasəti nəticəsində Kremldən aralanmaq istəyən Lukoşenko, məcburən Rusiyaya sığındı, daha çox asılı vəziyyətə düşdü.
Batkanın o vaxt, güya, ən böyük demokratik müxalifəti Rusiyanın "QazpromBank-Belarus"-un rəhbəri idi. Moskva, hətta "Vaqner" qrupunu da Minskə göndərmişdi ki, Lukaşenkoya göz dağı versin.
Qərb isə son zamanlar daha çox görünən öz dar düşüncəsi ilə Putinin toruna düşdü, Kreml dərs verdi, Lukaşenkonu özünə daha sıx bağladı.
O zaman REAL-ın qurucularından biri, fikir ustadı Erkin bəy hadisələrlə bağlı status yazıb demişdi ki, Lukaşenko bilirik kimdi, avtoritar olsa da, bizim ölkəmizə qarşı düşmən mövqedə heç vaxt olmayıb, müxalifət adlandırılanları isə tanımırıq.
Bu sözləri ölkəmizdəki "Sonanın uşaqları" və kiçik "liboş" tayfası topa tutdular, söyüş-təhqir yağdırdılar, oxuduğunu anlamayan küyçülər "fırtına" qopardılar (sonra da deyirlər Erkin fb-dən niyə getdi).
Həyatda heç bir şəxsi uğuru olmayan, Lukaşenko ilə anlaşıb, ərini türmədə qoyub sakit xaricə çıxan Tixanovskaya separatizmi önə çəkən tvit atıb, qandığı qrafa olmadığını bir daha sübut edib - Erkin də məhz bunu deyirdi, özünü müxalif elan edənləri tanımırıq, ölkəmizə qarşı nə mövqe tutacağını bilmirdik, Erkin Hoca yenə haqlı çıxdı, ümumiyyətlə, hər şeyə görə REAL-ın haqsız olaraq üzərinə gedənlərin, şər atanların, qara yaxanların hamısı toz oldular, itib-batdılar, bir "şilləyə" dözməyib siyasi səhnədən silindilər...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.