Gürcüstan millisi Bakıya gələ bilmədi, matç ləğv olundu

18-05-2024, 10:08           
Gürcüstan millisi Bakıya gələ bilmədi, matç ləğv olundu
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.

TEREF AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.

Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, Azərbaycanın U-17 millisinin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru