Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış baş verib

18-05-2024, 10:04           
Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış baş verib
Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır, onlardan biri reanimasiyadadır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.

Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru