"Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq" - Pentaqon

18-05-2024, 09:14           
"Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq" - Pentaqon
Rusiya ordusundakı hərbçilərin sayını artıracaq və uzun illər NATO üçün problem olaraq qalacaq.

Bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ABŞ-nin Avropa Komandanlığının rəhbəri Kristofer Kavoli deyib.

O bildirib ki, Ukraynadakı müharibənin necə bitməsindən asılı olmayaraq, Rusiya təhlükə mənbəyi olaraq qalacaq.

“Onlar ittifaq üçün uzunmüddətli təhlükə yaradacaqlar. Bizim Rusiya ilə böyük problemimiz olacaq”, - K.Kavoli Vaşinqton Atlantik Şurasında çıxışı zamanı söyləyib.

“Rusiya hərbi personalının sayını artıracaq. Onlar artıq belə planlarının olduğunu açıqlayıblar. Bu məqsədlərə nail olmaq üçün artıq sənaye istehsalını və kadrların işə qəbulunu artırıblar. Onlar itkilərini ən qısa zamanda bərpa etməyə çalışacaqlar”, - general əlavə edib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru