Yeni Zelandiyada törədilən terror aktı qurbanlarının sayı 52 nəfərə çatıb
3-05-2019, 07:10
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə terror aktları zamanı ölənlərin sayı artıb.
"Report" xəbər verir ki, məsciddə atışma nəticəsində yaralanmış Türkiyə vətəndaşı xəstəxanada ölüb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib ki, ölkə vətəndaşı Zəkəriyyə Tuyyan vəfat edib. Nazir ölənin yaxınlarlarına başsağlığı verib.
Qeyd edək ki, bununla da terror aktı qurbanlarının sayı 52 nəfərə çatıb.
Daha əvvəl Kraystçerç şəhərində yerləşən məsciddə törədilmiş terror aktı zamanı yaralanan Səudiyyə Ərəbistanı vətəndaşı ölüb.
Martın 15-də Kraystçerç məscidlərində iki terror aktı törədilib. Yeni Zelandiyanın hakimiyyət orqanlarının məlumatına görə, hadisəni 28 yaşlı avstraliyalı Brenton Tarrant törədib.