Düşmən cəbhədəki itiklərini bir daha etiraf etdi: Erməni mətbuatı qondarma “DQR”in “müdafiə nazirliyini” ələ saldı - VİDEOFAKT

22-04-2015, 21:32           
Düşmən cəbhədəki itiklərini bir daha etiraf etdi: Erməni mətbuatı qondarma “DQR”in “müdafiə nazirliyini” ələ saldı - VİDEOFAKT
Düşmən Ermənistan Qarabağ cəbhəsində çoxlu sayda itki verməsini təsdiqləyib. Bildirək ki, bu barədə ermənilərin məşhur “ilur.am” saytında məlumat verilib. DİA.AZ-ın düşmən mediasına istinadən verdiyi xəbərə görə, “ilur.am” saytında “Diversiya, yoxsa “NKR”on nağılları” başlıqlı məlumatda ermənilər həm itkilərini etiraf edirlər, həm də öz rəhbərliklərini cəbhədə verdikləri itkilərin gizlədilməsi səbəbindən hədəfə gətirirlər.

DİA.AZ olaraq həmin məlumatı təqdim edirik:


Düşmən cəbhədəki itiklərini bir daha etiraf etdi: Erməni mətbuatı qondarma “DQR”in “müdafiə nazirliyini” ələ saldı

“DQR-in “müdafiə nazirliyinin” “mətbuat xidmətinin” verdiyi məlumata görə, aprel ayının 21-nə keçən gecə saat 05:15 radələrində cəbhə xəttinin şimal-şərq istiqamətində (Seysullan) Azərbaycanın diversiya qrupu ilə “DQR”-in silahlı qüvvələri arasında toqquşma olub. Rəsmi yayılan xəbərə görə, Azərbaycan tərəfindən ən azından 1 nəfər öldürülüb, yaralananlar var. Erməni tərəfindən itkilər yoxdur.

Amma etibarlı mənbələrdən verilən xəbərlərdən aydın olur ki, “DQR”in 1 hərbi maşını minaya düşüb və nəticədə 10 hərbi qulluqçu həlak olub.
[media=https://www.youtube.com/watch?v=R_yNe5K5uvc]



Göründüyü kimi, biz yenə də yalanla üz-üzə qalmışıq. Və bu yalanı bizə öz mətbuatımız, həmçinin “DQR”in “müdafiə nazirliyi” söyləyir. Təəssüflər olsun ki, “DQR”in “müdafiə nazirliyi” hələ də Azərbaycan diversantları və onlarla səngərdə əlbəyaxa davalar haqqında nağılları söyləməkdədirlər”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.