Almaniyada qaçqın statusu üçün müraciət edən daha bir həmvətənimiz özünə qəsd edib. Almaniyada fəalliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, hadisə Almaniyanın İbbenburen şəhərində qeydə alınıb. Belə ki, qaçqın stasusu üçün müraciət edən Hüseyn adlı (soyadı dəqiqləşdirilir- red) şəxs Dublin sazişinə əsasən İtaliyaya getməkdən imtina edib.
Polis əməkdaşları onu zorla aparmaq istəyən zaman o, hər iki qolunu kəsici alətlə doğrayıb. Həmvətənimiz təcili yardım avtomobili vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Məlumatda deyilir ki, Hüseyn adlı həmvətənimiz Kəlbəcər rayonunda anadan olub. Evlidir, 8 və 12 yaşlarında iki azyaşlı uşağı var.