ABŞ-ın Pensilvaniya ştatında 6 polis atışma zamanı yaralanıb

15-08-2019, 06:49           
ABŞ-ın Pensilvaniya ştatında 6 polis atışma zamanı yaralanıb
ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin şimal hissəsində baş vermiş silahlı insident zamanı bir neçə polis əməkdaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində məlumat yer alıb.

Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşlarına odlu silahdan atəş açılıb.

“Filadelfiya polisinin bir neçə əməkdaşı xəsarət alıb”, - açıqlamada belə deyilir.

“ABC” telekanalı bildirir ki, insident zamanı 6 polis əməkdaşı yaralanıb. Onlardan biri başından güllə yarası alıb, onun vəziyyətinin ağır olduğu deyilir. Daha iki polis əməkdaşı hadisə yerinə tələsərkən qəza törədərək xəsarət alıb.

İnsident zamanı bir nəfər saxlanılıb, daha bir nəfər isə binada gizlənərək polislərə müqavimət göstərir. Hadisə yerinə xüsusi təyinatlı qrup cəlb olunub.

“Fox News” telekanalı bildirir ki, polis həmin binada narkotik ticarətçilərinə qarşı əməliyyat keçirirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru