Elektrik mühərrikli ilk təyyarə Norveçdə qəza enişi edib

15-08-2019, 07:21           
Elektrik mühərrikli ilk təyyarə Norveçdə qəza enişi edib
Norveçin cənubundakı Arendal şəhəri yaxınlığında “Alpha Electro” tipli ikinəfərlik elektromühərrikli təyyarə gölün üzərinə məcburi eniş edib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sloveniyanın “Pipistrel” müəssisəsi tərəfindən istehsal olunan təyyarə Norveçin “Avinor” şirkətinə məxsusdur. Təyyarənin şturvalı arxasında şirkətin rəhbəri Dak Falk-Peterson, onun sərnişini isə Norveç hökumətinin xanım məmuru olub. Onların hər ikisi insident zamanı xəsarət almayıb. Qəza enişinin səbəbi məlum deyil.

Uçuş “Avinor” şirkəti tərəfindən Norveç aviasiyasının 2040-cı ilədək elektrikləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilib. Ehtimal olunur ki, qəza enişi bu planı gecikdirə bilər.

Qeyd edək ki, iyulda “Pipistrel”in daha bir “Alpha Electro” təyyarəsi Finlandiyada uğurla sınaqdan keçib. Elektrik mühərrikli təyyarələrin əsas üstünlüyü kimi onların ekoloji baxımdan zərərli olmaması və səssizliyi göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru