“Amay Abdulla” ilə Binəqədi sakinləri arasında gərginlik - Prezidentə müraciət olundu

15-08-2019, 15:19           
“Amay Abdulla” ilə Binəqədi sakinləri arasında gərginlik - Prezidentə müraciət olundu
Binəqədi rayon Atatürk prospekti ünvanında yerləşən binanın sakinləri ilə “Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayev arasında gərginlik yaşanır.
Bu barədə Yenisabah.az-a binanın sakinləri məlumat verib.

Onların sözlərinə görə, yaşadıqları 283 mənzilli bina 2002-ci ildə Abdulla Abdullayev tərəfindən tikilib. Lakin bina tam olaraq təhvil verilməyib. 2015-ci ildə sakinlər toplaşaraq məsələni müzakirə ediblər və nəticədə bu qərara gəliblər ki, öz vəsaitləri hesabına tamamlanmamış işləri bitirsinlər.

“Öz vəsaitimiz hesabına qaz, su, işıq çəkdirdik. Bloklara lift qoydurduq, zibilləri daşıtdırdıq, binanın həyətini abadlaşdırdıq, damını təmir elətdirdik və s.”,- deyə sakinlər bildirib.

Şikayətçilərin sözlərinə görə, abadlıq-təmir işləri bitəndən sonra Abdulla Abdullayev yenidən binaya sahib çıxmaq istəyir. Hətta iş adamı sakinləri məhkəməyə də verib.

Sakinlər məsələ ilə bağlı Prezident İlham Əliyevə də müraciət ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru