“Qızılgül ətri” satışa çıxarılır - 65 milyon dollara

15-08-2019, 22:14           
“Qızılgül ətri” satışa çıxarılır - 65 milyon dollara
Dünyada ən məşhur brilyantlardan biri – 14,83 karatlıq “Qızılgül ətri” brilyantı “Alrosa” almazçıxarma şirkəti tərəfindən bu ilin noyabrında satışa çıxarılacaq.
"Yeni Sabah" "Bloomberg"ə istinadən bildirir ki, bor və azot elementlərinin qarışığından yaranan çəhrayı və qırmızı rəngli brilyantlar dünya almaz bazarında ən bahalı hesab olunur.

“Fancy Color Research” fondunun idarə heyətinin sədri, ekspert İden Raçminovun sözlərinə görə, “Qızılgül ətri” brilyantı tarixdə ən bahalı çəhrayı daş ola bilər. Onun sözlərinə görə, qiymətli daşın dəyəri 60-65 milyon dollar arasındadır.

Qeyd edək ki, indiyə kimi ən bahalı qiymətli daş 2017-ci ildə Sotbi hərracında 71 milyon dollara satılıb. Onun çəkisi 59,6 karat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru