Küçədə dəhşət - Qız ona dondurma almayan sevgilisini qayçı ilə öldürdü

18-08-2019, 21:42           
Küçədə dəhşət - Qız ona dondurma almayan sevgilisini qayçı ilə öldürdü
Çinin Zumadian şəhərində qadın sevgilisini öldürüb.

Yenicag.az xəbər verir ki, buna səbəb sevgilisinin ona dondurma yeməyə icazə verməməsi olub.

Belə ki, oğlan qızın ağır çəkili olduğunu və buna görə dondurma yeməyin ona zərərli olduğunu deyib. Buna əsəbləşən qız isə, əlindəki qayçı ilə ona ağır xəsarətlər yetirib.

Hadisə yerinə təcili yardım çağırılıb və yaralı xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru