Azərbaycanlı ekstrasens Moskvada güllələndi

25-10-2019, 10:44           
Azərbaycanlı ekstrasens Moskvada güllələndi
Tanınmış ekstrasens Nadim Alixanov güllələnib.
Baku.ws-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.

Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı BAKU.WS-ə təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru