Rusiyada 12 yaşlı oğlan anasını xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO

27-10-2019, 15:43           
Rusiyada 12 yaşlı oğlan anasını xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO
Sankt-Peterburqda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə hüquq-mühafizə orqanlarına istinadən 78.ru saytı məlumat yayıb.

Xəbərlərə görə, 12 yaşlı oğlan öz əkiz qardaşının gözləri qarşısında anasını qətlə yetirib.

Məlumatda oğlanın anasının üstünə qaynar su tökdüyü, kəsici alətlərlə bədəninin hissələrini ayırdığı deyilir.

Bu da məlumdur ki, hadisə vaxtı oğlanların atası da sərxoş vəziyyətdə evdə imiş. Hadisədən sonra o, valideynlərinə zəng edib. Məhz onlar polisi çağırıblar.

Qeyd olunur ki, hər iki uşaq əqli cəhətdən problemli imişlər, ümumiyyətlə, bu ailə qeydiyyata götürülübmüş.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru