Dili qaynar çayla yandıranda nə etməli?

30-10-2019, 01:19           
Dili qaynar çayla yandıranda nə etməli?
Yəqin ki, hər bir insanın başına gələn xoşagəlməz hadisədir. Qaynar çay və ya qida dili yandırdıqda insan kəskin ağrı hiss edir, dil qızarır, şişir.

Bu halda nə etmək lazımdır?

İlk tibbi yardımı təqdim edirik:

1. Soyuducuda soyuq süd və ya yoqurt varsa, onlardan istifadə edin. Dilin üzərində saxlayın və yavaş-yavaş udun.

2. Dilin üzərinə bir az şəkər tozu tökün. Qəribə səslənsə də, bu çox effektli vasitədir. Ağrı tez bir zamanda keçir.

3. Dilin üzərinə bal qoyun.

4. Mentollu saqqız çeynəyin. Mentol ağrını azaldır.

Dilin üzərində suluqlar əmələ gəlibsə, ağrı keçmirsə, mütləq həkimə müraciət edin.//medicine.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru