Rusiyada iki kişi hamilə qadını öldürüb, evini yandırıb

4-11-2019, 18:11           
Rusiyada iki kişi hamilə qadını öldürüb, evini yandırıb
Rusiyanın Nijni Novqorod şəhərində dəhşətli qətl hadisəsi baş verib...

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iki kişi hamilə qadını öldürdükdən sonra evini yandırıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulub.

İstintaq İdarəsindən bildirilib ki, noyabrın 2-də Nijni Novqorod şəhərinin Arxangelsk küçəsində mənzildə baş vermiş yanğın söndürülərkən üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxslərin kimliyi "isti izlərlə" müəyyən edilib, onlar polis tərəfindən saxlanılıb.

İstintaqın versiyasına görə, 19 və 27 yaşlı şübhəlilər noyabrın 2-də sərxoş halda qadının evində olublar. Onlarla qadın arasında mübahisə düşüb, qadına çoxsaylı bıçaq zərbələri vurublar. Qadın öldükdən sonra onun qızıl-zinət əşyalarını götürüb, mənzili yandırıb, hadisə yerindən qaçıblar.

Hadisəni törədən şəxslərin qadının hamilə olduğunu bildikləri açıqlanıb. Bu isə onların daha ağır cəza almalarına səbəb ola bilər.

Araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru