Bakıda xəstəxanada baş verən intiharla bağlı cinayət işi başlandı

8-11-2019, 10:06           
Bakıda xəstəxanada baş verən intiharla bağlı cinayət işi başlandı
Dünən Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş verən intiharla bağlı cinayət işi başlanılıb.

1976-cı il təvəllüdlü İlkin Gülməmmədovun xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ekspertizalar təyin olunub.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları iştirakı ilə baxış keçirilib.

Qeyd edək ki, dünən Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb.

Böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən ölüb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru