Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən və yaralı var - VİDEO

13-11-2019, 22:08           
Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən və yaralı var - VİDEO
Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov də olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru