Ukraynada silah anbarı partladı –Ölənlər var 15-11-2019, 23:44 Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib.Trend-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub.Daha iki nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, Balakleya şəhərindəki bazada ard-arda 20 partlayış səsi eşidilib.Hazırda silah anbarında daşınması mümkün olmayan sursatlar məhv edilir.Partlayışın səbəbi ilə bağlı araşdırma başlayıb. Facebook-da paylaş