Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq - FOTO

23-11-2019, 11:01           
Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq - FOTO
Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlayacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq.

Teref.az “avtosfer.az”a istinadən xəbər verir ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq.

Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir.

Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür.

Bu isə yol nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru