Dəhşət: Wi-Fi şifrəsinə görə ata və oğulu öldürüldü

25-11-2019, 00:00           
Dəhşət: Wi-Fi şifrəsinə görə ata və oğulu öldürüldü
Pakistanın Kəraçi şəhərində dəhşətli qətl hadisəsi baş verdi. Kasim adlı şəxs Wi-Fi şifrəsini oğurladığına görə qonşularını öldürüb.
Teref.az xəbər verir ki, yerli medianın verdiyi məlumata görə, Kasım adlı şəxs ölkənin turizm məkanlarından biri olan Karaçi bölgəsində yaşadığı məhəllədə qonşuları ilə dalaşıb. Kasımin qonşusu və onun oğlu ilə mübahisə etməsinə səbəb isə internetlə bağlı olub. Belə ki, polad fabrikində işləyən Faruk və Karaçi Universitetində oxuyan oğlu Haris ilə mübahisədə edən Kasım qonşularının simsiz internet (Wi-Fi) şifrəsini oğurladıqlarını və limitini bitirdiklərini iddia edib.

Bu iddianı qəbul etməyən ata və oğlu Kasımın üzərinə hücuma keçməyə başlayıblar. Baş vermiş mübahisə qısa zamanda əlbəyaxa davaya dönüşüb. Nəticədə Kasım qonşusu və onun oğlunu ardıcıl bıçaq zərbələri ilə öldürərək, hadisə yerindən qaçıb.

Farukun yaxınlarının şikayətindən sonra yaxalanan Kasım qətli törətdiyini etiraf edib. /musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.