Bakıda tanınmış rəqqasə həbs edildi

25-11-2019, 02:54           
Bakıda tanınmış rəqqasə həbs edildi
Bakıda oğurluq etmiş rəqqasə barəsində cinayət işi açılıb.
"Yeni Sabah" xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsində N.Nəsirzadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq – qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri kişi, digəri isə qadındır.

Artıq polisdə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-də keçiriləcək.

Qeyd edək ki, oğurluqda şübhəli bilinərək tutulan N.Nəsirzadə tanınmış rəqqasədir və bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru