İspan polisi 2 tondan çox narkotik daşıyan sualtı gəmini saxlayıb

25-11-2019, 03:04           
İspan polisi 2 tondan çox narkotik daşıyan sualtı gəmini saxlayıb
İspaniyanın hüquq-mühafizə orqanları narkotik vasitə qaçaqmalçılığı məqsədilə istifadə olunan sualtı qayığa əl keçirib. Onun göyərtəsinə baxış keçirilərkən iki tondan çox kokain aşkar olunub.

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, polis azı iki nəfəri saxlayıb. Sualtı qayıq Qalisiya muxtar icmasının sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi ehtimal edilir. Təfərrüatlar barədə hələlik məlumat verilmir.
“La Voz de Galicia” qəzetinin yazdığına görə, gəminin göyərtəsində üç tondan çox kokain olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru