Gürcüstanda iki polis bir-birini öldürdü

27-11-2019, 01:33           
Gürcüstanda iki polis bir-birini öldürdü
Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.

Teleqraf.com xəbər verir ki, aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb.

Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüblər.

Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxənaya aparılıb.

Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru