“Sənin şalvarından özünə qalstuk düzəldə bilən...” - Qarabağın Həcərindən Cümşid Nuriyevə

27-11-2019, 19:09           
“Sənin şalvarından özünə qalstuk düzəldə bilən...” - Qarabağın Həcərindən Cümşid Nuriyevə
“Əvvəla orda qadın batalyonu olmayıb, ümumiyyətlə heç bir bölgədə belə bir batalyon olmayıb. İkincisi, Cəmşid Nuriyev döyüş görüb? Qarabağı bilir? Bir-iki dəfə ora gedib? Heç bir gün qalmağa belə cəsarəti çatmadan, aradan çıxıb”.
Teref.az Kokret.az-a istinadən xəbər verir ki, Azərbaycanın Həcəri – keçmiş Qarabağ döyüşçüsü Səbirə Mahmudova ötən gün Qarabağda döyüşən qadınları təhqir edən sabiq deputat Cümşüd Nuriyevi yalançı veteran adlandırıb:

“Yalandan bir veteran kağızı alıb, cibinə qoyub, indi utanmadan da onun yerinə döyüşən qadınlarımızın ünvanına, öz ailəsinə məxsus ifadələri deyir? Onu bircə dəfə döyüş bölgəsində gördük, onda da getdi icra başçısından mebel tələb elədi. O qədər israr etdi ki, o dövrdə əslində növbədə olan, suçu işləyən bir nəfərin mebelini alıb getdi. Onun Qarabağ döyüşlərindən danışmağa ixtiyarı yoxdur! O dövrdə ölkə başçısının əmri ilə, bəzi vəzifəli şəxslər Qarabağdakı vəziyyətlə yerində tanış olmaq üçün, döyüş bölgəsinə səfərlər təşkil edərdilər. Bir neçə gün orda qalıb, vəziyyəti öyrənərdilər. Bu isə gələn kimi yalandan bir-iki dəqiqə görünüb, qaçan adamdı. Qarabağ döyüşlərindəki fədakarlığa görə neçə-neçə Azərbaycan qızı Milli Qəhrəman adına layiq görülüb. Bu kimdir ki?! Bilmədiyi mövzuda, torpağı 20 faiz düşmən işğalında olan bir ölkənin döyüşkən qızlarına belə sözlər demək heç bir insanlığa sığan şey deyil”.

Qeyd edək ki, eks-deputat Cümşüd Nuriyev AzTV-də Qarabağ müharibəsində iştirak edən qadınları əxlaqsız, küçə qadınları adlandırıb. Sosial şəbəkə yayılan həmin görüntülər, ictimaiyyət və keçmiş döyüşçülər tərəfindən böyük hiddətlə qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru