ABŞ-da təyyarə yanacağından 60 nəfər zərər çəkib - YENİLƏNİB

15-01-2020, 08:04           
ABŞ-da təyyarə yanacağından 60 nəfər zərər çəkib - YENİLƏNİB
ABŞ-ın Kaliforniya ştatında, Kadaxidə təyyarə yanacağının tökülməsi nəticəsində zərər çəkənlərin sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə yanacağından zərər çəkənlərin sayı 60 nəfərə çatıb.

Los-Anceles dairəsinin Yanğınsöndürmə Mühafizəsi Departamentinin inspektoru Şon Ferqyuson telekanala bildirdi ki, hadisə günortadan az sonra olub. Qeyd edilir ki, toplam olaraq söhbət altı məktəbdən gedir.

Telekanalın məlumatına görə, heç bir zərərçəkəni xəstəxanaya yerləşdirmək lazım gəlməyib.

***02:14

ABŞ-ın Kaliforniya ştatında 17 uşaq da daxil olmaqla, 26 nəfər Kadaxidə (Los-Anceles yaxınlığında) ibtidai məktəb ərazisinə aviasiya yanacağının tökülməsi nəticəsində zərər çəkiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti məlumat yayıb.

Yanğınsöndürənlərin məlumatına görə, Los-Anceles Beynəlxalq Aeroportuna uçmuş təyyarədən yanacaq tökülüb. Hazırda ibtidai məktəbin binasında yerə düşmüş maddənin təyyarə yanacağı olduğu təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru