İraqda insanların küçəyə çıxması qadağan edildi

17-03-2020, 00:00           
İraqda insanların küçəyə çıxması qadağan edildi
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İraqın Bağdad, Kərbəla, Nəcəf və Səlahəddin şəhərlərində insanların küçəyə çıxması qadağan edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə qərar İraq hökumətinin fövqəladə iclasında qəbul edilib. Ölkədə bütün təyyarə reysləri də 3 gün müddətinə təxirə salınıb.

İraqın Səhiyyə Nazirliyinin mətbuat katibi Seyfi Bədrinin verdiyi məlumatlara görə, Kərbəla şəhəri ziyarətçilər üçün 10 gün müddətinə bağlanıb. Ziyarətə gələnlər şəhərə buraxılmır. Onun sözlərinə görə bu tədbir müvəqqəti xarakter daşıyır.

Mətbuat katibinin sözlərinə görə İraqda koronavirusa yoluxanların sayı 124-də çatıb.

İraq hökuməti kütləvi aksiyaların keçirilməsini də qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru