Fəzail Ağamalı: Azərbaycan bir daha öz iqtisadi, siyasi dayanıqlığını təsdiq etdi

1-01-2016, 19:25           

2015-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisə Avropa Oyunlarının ölkəmizdə keçirilməsi oldu. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, 2015-ci ildə dünyada ciddi proseslər baş verdi, maliyyə və iqtisadi sahədəki çətinliklər böhran səviyyəsinə qalxdı, beynəlxalq güclər Yaxın Şərq, xüsusilə Suriyada hərbi qarşıdurmalar yaratdı.

“Azərbaycan özünün yaratdığı modelə uyğun olaraq, bir daha öz iqtisadi dayanıqlığını, siyasi hakimiyyətin dayanıqlığını, sosial problemlərin həllində qarşıya qoyulmuş məqsədlərə çatmaq uğrunda mühüm addımlar atdığını təsdiq etdi. 2015-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisə Avropa Oyunlarının ölkəmizdə keçirilməsi oldu. Bu, möhtəşəm yarış Azərbaycanı dünya miqyasında güclü bir dövlət kimi nümayiş etdirdi”.

F.Ağamalı bildirib ki, ümumilikdə Azərbaycan 2015-ci ili uğurla başa vurub. O, 2016-cı ilin də Azərbaycan üçün uğurlu olacağına əminliyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru