Qarabağda təxribat: bayrağımız hədəf alındı - Video

27-06-2020, 00:03           
Qarabağda təxribat:
Bu gün Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirən ermənilər növbəti dəfə təxribata əl atıblar.

Teref.az Modern.az-a istinadən xəbər verir ki, Ağdamın Şahbulaz adlanan ərazisində baş tutan təlimlər zamanı Azərbaycan bayrağı şərti hədəflərdən biri olub. Zirehli texnika, artilleriya qoşunları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atıb.

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi və s. izləyib.

Təlimlərin Azərbaycan Milli Ordu Gününün qeyd edildiyi vaxtda təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru