Azərbaycan xüsusi təyinatlıları Ermənista girib? - RƏSMİ

16-07-2020, 18:59           
Azərbaycan xüsusi təyinatlıları Ermənista girib? - RƏSMİ
“Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar”.

AZSABAH.COM xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsinin dediklərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib:

"Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır. Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki ümumiyyətlə ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru