Həmin gün AzTV-nin kabelləri kəsilib

18-07-2020, 09:56           
Həmin gün AzTV-nin kabelləri kəsilib
“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iyulun 15-i Bakıda Azərbaycan ordusuna dəstək məqsədilə təşkil olunmuş aksiyalarla bağlı ittihamlara cavab verib.

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunun aparıcısı verilişdə bu barədə açıqlama verərək bildirib ki, QSC aksiyanı səsgücləndiricilərlə təmin etmək istəyib: “Əməkdaşlarımız ön sıralarda idi. Aksiya əvvəlcədən təşkil olunmadığından hazırlıq görülməmişdi. Buna baxmayaraq, onlar aksiyanı səsgücləndiricilərlə təmin etmək istədilər. Biz nə qədər cəhd etsək də, təxribatlara əl atıldı. Kabellər bir neçə dəfə kəsildi. Hadisə yerinə Azərbaycan Televiziyasının maşını da yaxınlaşdı. Biz istədik ki, Azərbaycan Televiziyasının texniki imkanlarından istifadə edərək, ziyalılarımız çıxış etsinlər, aksiyanı idarə etsinlər. Lakin imkan vermədilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru