İbrahim Borçalının oğlunun öldüyü qəzanın GÖRÜNTÜSÜ - FOTO/ VİDEO

19-07-2020, 09:01           
İbrahim Borçalının oğlunun öldüyü qəzanın GÖRÜNTÜSÜ - FOTO/ VİDEO
Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim Həsənov ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə insident yerindən görüntülər paylaşılıb. Görüntülərdə qəzaya uğrayan avtomobilin tam yararsız hala düşdüyü açıq-aşkar görünür.

Qeyd edək ki, qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Hadisə zamanı iki nəfər ölüb, onlardan biri 20 yaşlı R. Həsənovdur.

Xatırladaq ki, Rəhim Həsənov Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru