Ailəsi şəhid Raquf Orucov haqqındakı xəbəri təkzib etdi - “YALANDIR!”

20-07-2020, 09:28           
Ailəsi şəhid Raquf Orucov haqqındakı xəbəri təkzib etdi - “YALANDIR!”
Dünən bəzi internet saytlarında qəhrəman Şəhidlərimiz Raquf Orucov və Polad Həşimov haqqında 1992-ci ildə Türkiyə Cumhuriyyətinə hərbi təhsil almağa göndərilməsi barədə xəbər və video yayımlanıb.

Şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova Modern.az saytı vasitəsilə bu məlumatın əsassız olduğunu qeyd edib:

"Mən, Raquf Orucovun ailəsi adından bildirirəm ki, Şəhidimiz 1992-ci ildə Özbəkistandakı sovet ordusundakı xidmətini yarımçıq qoyaraq, Azərbaycana gəlmiş, doğma yurdu Ağdamın müdafiəsinə qoşulmuşdur. Şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırovun batalyonunda xidmət etmişdir. 1993-cü ildə anası erməni işğalçıları tərəfindən şəhid edildikdə Raquf ön xətdə döyüşlərdə olmuşdur. Döyüşlərdə yaralanmış və atəşkəs elan olunduqdan sonra Bakı Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur.

2003-2005-ci illərdə isə AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışdır. Çox maraqlıdır, kimə lazımdır əsası olmayan bu cür məlumatlar paylaşmaq? Raquf Orucov 4 ildir şəhid olub, ilk dəfədir belə bir saxta məlumat eşidirik, videoda kimin Raquf olduğunu necə təsdiqləyə bildiniz? Raquf sizin dediyiniz vaxtda Ağdamda Vətənin müdafiəsində iştirak edib. Xahiş edirəm, Şəhidlərimiz haqqında qeyri-dəqiq informasiyalar paylaşmayaq, ailəsi olaraq verilən informasiyanı təkzib edirik! Şəhidlərimizin ruhu şad olsun!

Sevinc Orucova - Raquf Orucovun həyat yoldaşı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru