Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu

30-11-2020, 00:13           
Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

Teref.az bildirir ki, "BakuPost"un əldə etdiyi məlumata görə, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.

P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi.

BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı.

Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.