Rusiyada özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı

4-03-2021, 00:06           
Rusiyada özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı
Rusiyanın paytaxtı Moskva şəhərində sevgilisinin yaxınlarından qaçan gənc özünü binanın 17-ci mərtəbəsindən yerə atıb.

“Report” xəbər verir ki, bu barədə “TASS”a hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd olunub ki, hadisə Tambovski küçəsində yerləşən yaşayış binasında baş verib.

“Bu gün Tambovskaya küçəsində 14 yaşlı yeniyetmə özünü 17-ci mərtəbədən atıb. İlkin ehtimala görə, yeniyetmə şübhəli olduğu üçün polisə zəng edən sevgilisinin yaxınlarından qaçmaq istəyirmiş”.

Hadisə yerinə polis gəlib.

Mənbə bildirib ki, 17-ci mərtəbədən düşən şəxs sağ qalıb və hazırda xəstəxanadadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru