ABŞ-ın Texas ştatının hava limanında atışma olub, ölən və yaralananlar var

16-04-2021, 06:06           
ABŞ-ın Texas ştatının hava limanında atışma olub, ölən və yaralananlar var
ABŞ-ın Texas ştatında atışma olub.

“Report” xəbər verir ki, bu barədə yerli KSAT telekanalı bildirib.

Məlumata görə, hadisə San-Anonio beynəlxalq hava limanında qeydə alınıb. Belə ki, naməlum kişi terminala soxularaq, ətrafdakı polis əməkdaşlarına atəş açıb. Polis onu hadisə yerindəcə zərərsizləşdirib. Onu xəstəxanaya çatdırıblar. Məlum olub ki, silahlı şəxs ölüb. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisəni törədən şəxsin psixi problemləri olub. Hava limanı artıq adi rejimdə işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru